Almaniya 2023-cü ildə Azərbaycanda 3 673.6 tonluq qabığı təmizlənmiş meşə fındığı alıb.
Banker.az-ın əldə etdiyi rəsmi statistikaya əsasən, Azərbaycandan Qərbi Avropa ölkəsinə ixrac illik müqayisədə 12 faiz yüksəlib.
İxrac edilmiş fındığın dəyəri isə ümumilikdə illik 14 faiz artaraq 22.21 milyon dollar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
2022-ci ildə bir tonu 5 948 dollara satıldığı halda, 2023-cü ildə 6 045 dollara satılıb.
Bu da hər tonun 97 dollar və ya 2% bahalaşmadır.