Azərbaycan alüminium piltələrinin ixracını kəskin artırıb

Azərbaycan cari ilin ilk yeddi ayında xaricə ixrac etdiyi düzbucaqlı alüminium piltərlərinin sayını kəskin artırıb.

Banker.az-ın əldə etdiyi məlumatda bildirilir ki, ölkədən xaricə 22 813 ton ətrafında qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı alüminium ərintilərindən düzəldilmiş piltələr ixrac edib.

Bu da keçən ilin eyni dövrü ilə müqayisədə ixracın 170 faiz artımı deməkdir. Keçən il ölkəmizdən 8 452 tonluq bu növdə metal ixrac edilmişdi.

Cari ildə ixracın yanvar-iyul ayı üçün həcmi $62.7 milyon olub.

2023-cü ilin ilk yeddi ayında Azərbaycan xaricə bu növ metalın ixracına görə bir tonunu təqribən $2 874-ə satmışdılar. Bu il ixrac qiymətləri bir ton üçün $2 748-dən yuxarı olub. Bu da qiymətlərin illik müqayisədə 4.4 faiz ucuz olması deməkdir.

Ölkədə alüminiumun istehsalçısı və ixracatçısı “Azəralüminium” MMC-dir.

  Azərbaycanın ixrac etdiyi alüminium ərintilərindən qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr
  Miqdar, ton Dəyər, min USD
Cəmi  22,812.80        62,700.56
  Türkiyə  16,443.36        44,526.29
  ABŞ    5,868.78        16,613.27
  Rusiya       320.84             951.55
  Ukrayna       143.13             507.55
  Gürcüstan        36.69             101.90

 

Son xəbərlər
Digər xəbərlər