“Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti (Azəralüminium) rəhbərliyində dəyişiklik olub.
Banker.az xəbər verir ki, “Azəralüminium”nin bu günə qədər direktoru olan Vidadi Məhərrəmov Məmməd oğlu vəzifəsindən azad edilib. Onun yerinə Rofət Hüseynəliyev Nofəl oğlu təyin edilib.
R.Hüseynəliyev buna qədər şirkətin Ümumi işlər şöbəsinin müdiri kimi çalışırdı.
Xatırladaq ki, 9 aprel 2021-ci il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəralüminium” Sumqayıt Kimya Sənaye Parkının ərazisində yer ayrılıb.