2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan ani lotereyaları tarixində ən böyük uduş: 200 000 manat qazanıldı

Azərbaycanda ani lotereya oyunları tarixində ən böyük uduş – 200 000 manat qazanıldı. 200 000 manat məbləğində böyük uduş Ağdaş rayonu sakini tərəfindən udulub.

“40 000 000 Pul Yağışı” ani lotereyasında bu yeganə uduş olmayıb. Hər biri 10 000 manat dəyərində olan 6 uduş isə Bakı, Xırdalan, Cəlilabad, Lənkəran və Xaçmazda qazanılıb.

“Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadları yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.

Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər