Azərbaycan apreldə genişzolaqlı internetin sürətinə görə 1 pillə geriləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 91.57 MB/S sürətlə 82-ci yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Türkmənistan tutub.

Azərbaycan mobil internetin sürətinə görə mart ayına nisbətən apreldə 2 pillə irəliləyərək 94.64 MB/S sürətlə 104 ölkə arasında 48-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Eritreya tutub.

Son xəbərlər
Digər xəbərlər