13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan apreldə “OPEC+” kvotasından 71 min barel geri qalıb – Proqnoz

Cari ilin aprel ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 480 min barel səviyyəsində olub.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Agentliyin qiymətləndirməsinə görə, bu ilin martında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.

Beləliklə, Azərbaycan aprel ayında “OPEC+” çərçivəsində kvotasından 71 min barel geridə qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər