Bu ilin 11 ayı ərzində Azərbaycanda araq və pivə istehsalı azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ölkədə 1087.5 min dkl araq, 4376.9 min dkl pivə istehsal olunub. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 18.1% və 4.4% azdır.
Komitənin hesabatına əsasən, cari ilin 1 dekabrına olan vəziyyətə görə, ölkədə 239.2 min dkl araq, 272.5 min dkl pivə ehtiyatı var.