9 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycan Argentinadan bu məhsulun idxalını kəskin artırır və 10% ucuz qiymətə

Azərbaycanda soya yağının ekstraksiyalarının idxal həcmi kəskin artırıb.

Banker.az xəbər verir ki, cari ilin ilk səkkiz ayında 99.66 min ton və ya 59.42 mln. dollar həcmində soya ekstraktı idxal edilib.

İdxal illik müqayisədə miqdarla götürülərsə 42%, dəyərlə isə 27% artıb.

İdxalın 75.07 tonu və ya 44.99 dolları Argentinanın payına düşüb.

Soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar, əsasən heyvandarlıqda istifadə olunur. Bu tullantılar yüksək protein tərkibli olduğu üçün heyvan yemi kimi geniş tətbiq edilir. Soya unu və ya soya qabığı kimi emal edilmiş məhsullar yemə əlavə edilərək heyvanların qidalanma rasionunu zənginləşdirir.

Argentinadan alınan bu məhsulun bir tonu cari ildə $596 olub. Bu keçən il $665 və illik müqayisədə $69 və ya 10% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər