Azərbaycan Argentinadan 70.9 min tonluq soya yağı idxal edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Soya yağının idxal dəyəri isə $46.66 milyon təşkil edib.
İdxalın həcmi illik müqayisədə miqdar 16 faiz və dəyər isə 21 faiz artıb.
2022-ci ildə bir tonu ölkəyə 630 dollara gətirildiyi halda, orta qiymət 2023-cü ildə 658 dollara yüksəlib.