-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına ilkin 50,82 mln. manat ödəniş edəcək

Asiya İnfrastruktur İnvestisiya Bankının “Maddələr Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunub.

Sazişə üzv ola biləcək ölkələr üçün nizamnamə kapitalına ilkin abunələrin siyahısında yer alan Azərbaycanın üzvlük kapitalı 254,1 mln. dollar təşkil edir.

Bu sazişi imzalamaqla üzv olmuş hər bir tərəfin Bankın ödənilmiş kapitalına ilkin abunəliyinə ödənişi bəzi istisnalar olmaqla, 20% həcmində bərabər 5 hissə şəklində ödənilməlidir. Üzvlər tərəfindən ilk ödəniş bu saziş qüvvəyə mindikdən sonra 30 gün ərzində üzvün adından təqdim edilmiş ratifikasiya, qəbul və ya təsdiq sənədinin qeydiyyat tarixində və ya bu tarxidən daha əvvəl ödənilməlidir. Ödənilmiş kapitala ilkin abunəlik üzrə hər bir ödəniş dollar və ya sərbəst dönərli valyuta ilə ödənilməlidir.

Üzvlər tərəfindən ikinci ödəniş bu saziş qüvvəyə mindiyi tarixdən 1 il sonra həyata keçirilməlidir. Qalan 3 ödənişin hər biri əvvəlki ödənişin həyata keçirildiyi tarixdən 1 il sonra olmaqla ardıcıllıqla ödənilməlidir.

Bu sazişin qüvvəyə mindiyi tarixdən əvvəl ratifikasiya, qəbul və ya təsdiq sənədini imzalayan tərəf həmin tarixdən Bankın üzvü olur.

Bu saziş onun ilkin abunələrinin ümumi sayı bu abunələrin 50%-dən az olmayan ən azı 10 imzalayan üzv tərəfindən ratifikasiya, qəbul və ya təsdiq sənədlərinin təqdim edildiyi andan qüvvəyə minir. Saziş qüvvəyə minən andan hər bir üzv Rəhbər təyin etməli və Depozitari Rəhbərlər Şurasının toplantısını çağırmalıdır.

Report

Son xəbərlər
Digər xəbərlər