Pekində iyunun 29-da Azərbaycan da daxil olmaqla, Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) 57 təsisçi üzvü olan ölkələr tərəfindən bankın nizamnaməsi haqqında sənəd imzalanıb.
Bu barədə AİİB-nin saytında xəbər verilib.
Azərbaycan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfdən sazişi hazırda Çində səfərdə olan nazir Samir Şərifov imzalayıb.
AİİB ilin sonundan fəaliyyətə başlayacaq. Bankın mənzil qərargahı Pekində yerləşəcək.
Sazişə əsasən, bankın nizamnamə kapitalı 100 milyard dollar təşkil edir. Bununla yanaşı, Asiya dövlətlərinin ümumi payı 75 faizi üstələməyəcək.
Bank səhmlərinin əsas sahibi Çin olacaq. Ölkənin iştirak payı 26,06 faiz təşkil edəcək.
Azərbaycanın bank kapitalında iştirak payı isə 0,25 faiz olacaq. Payın alışına 245, milyon dollar ayrılacaq.
Trend