Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 480 min barel olub.
Bu barədə “S&P Global Commodity Insights” şirkətinin məlumatında bildirilir.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan iyul ayında “OPEC+” çərçivəsində kvotasından 71 min barel qeri qalıb.