13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan avqustda “OPEC+” kvotasından 8,5 min tondan artıq geri qalıb

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan iyun ayında “OPEC+” çərçivəsində kvotasından 8 578 ton geridə qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər