15 C
Baku
Saturday, November 2, 2024

Azərbaycan avqustda “OPEC+” öhdəliyini artıqlaması ilə yerinə yetirib

2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barrel olub. Bunun 596,1 min barrelini xam neft, 115,5 min barrelini isə kondensat təşkil edib.

Banker.az Energetika Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, “OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barrel artırılmaqla 627 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılması, 5,8 mln. barrel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

Son xəbərlər
Digər xəbərlər