Azərbaycan Avropa İttifaqı (Aİ) çərçivəsində tranzit sisteminə qoşulmaq üçün iş aparır.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə “Caspian Energy Club” və “Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası” İctimai Birliyinin təşkil etdiyi “CEO MeetUp Logistics & Trade” adlı tədbirdə bildirib.
“Aİ çərçivəsində kompüterləşdirilmiş tranzit sistemi tətbiq olunur. Azərbaycan bu konvensiyaya qoşulmaq üçün mövqeyini bildirib. Norveçin paytaxtı Osloda ölkəmiz qeyri-formal müşahidəçi statusu alıb. Qanunvericiliklə bağlı işlər tamamlandıqdan sonra monitorinq qrupu dəyərləndirmə həyata keçirəcək. Bunun alt bazası ilə bağlı işlər həyata keçirilir. Bununla yanaşı veb tranzit layihəsi həyata keçirilib”, – deyə o qeyd edib.