Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək.
İclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.
Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin müddətli prezidenti Petr Fiala imzalayıblar.
Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə dəvət alıb.
Aİ administrasiyası ideyasını Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş Avropa Siyasi Birliyi ilə Avropa qitəsindəki ölkələrin siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir.
İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır.
Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.