13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Avropada tütün və alkoqola ən az pul xərcləyən ölkələrdəndir

Avropa ölkələrinin ailələrin büdcəsində alkoqol və tütün məmulatlarına çəkilən xərclərin payına görə reytinqi açıqlanıb. Bu barədə “RİA Rating”in ekspertlərinin hazırladığı reytinqə bu deyilir.

Məlumata görə, reytinqdə ilk sıranı alkoqol və tütün məmulatlarına çəkilən xərclərin məcmu xərclərdə 1,3%-lə ən az paya sahib olan Lüksemburq və Kipr tutur. Lüksemburq həmçinin adambaşına düşən 99 500 ABŞ dolları milli gəlirlə Avropa lideridir. Kiprdə adambaşına milli gəlir isə 33 200 dollar təşkil edir. Sonrakı yerləri Moldova (1,4%, 5 000 dollar), İtaliya (1,8%, 35 800 dollar), Portuqaliya (1,9%, 27 900 dollar), Sloveniya (1,9%, 30 900 dollar), İspaniya (1,9%, 34 900 dollar) və Qazaxıstan (1,9%, 25 900 dollar) tutur.

Məcmu gəlirlərdə alkoqol və tütün mıəmulatlarına ən çox pul ayıran ölkələr isə Rumıniya (7,8%, 20 900 dollar), Serbiya (4,6%, 13 700 dollar) və Türkiyədir (4,2%, 20 400 dollar).

Azərbaycan bu reytinqdə yer almasa da “Report”un analitik qrupu rəsmi statistik hesabatlar əsasında bu göstəricini hesablayıb. Belə ki, Azərbaycanda əhalinin alkoqol və tütün məmulatları xərclərinin məcmu məsrəflərfə payı 2015-ci ilin yekununda 1,57% olub. Bu göstərici əsasında Azərbaycan həmin reytinq siyahısında 3-cü sırada qərarlaşa bilər. Əhalinin milli gəliri sıralamasında isə 2015-ci ilin yekununa görə Azərbaycan 5 559 dollarla son sırada olan Moldovadan əvvəlki yeri tuta bilər.

c6d8b01a 9684 4df8 8331 1b736221fac0

MənbəReport
Son xəbərlər
Digər xəbərlər