Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə – Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana – sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.
Sənaye Parkından verilən məlumata görə, bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, investisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib.
İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.