9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan avtomobil benzininin istehsalını artırıb – Dizel istehsalı isə azalıb

2022-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 136.3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 4.2% azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verirş

Komitənin məlumatına əsasən, bu dövrdə avtomobil benzininin istehsalı 1.4 faiz artıb. Neft bitumu istehsalı 5.5%, dizel yanacağının istehsalı 15.5%, neft koksunun istehsalı 18.2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 21.6%, sürtkü yağlarının istehsalı 23.5%, yanacaq mazutunun istehsalı isə 26.9% azalıb.

Hesabat dövründə 1282.7 min ton avtomobil benzini, 2040 min ton dizel yanacağı istehsal olunub.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5.3%-i avtomobil benzini və dizel yanacağının payına düşüb. Ötən il əhali avtomobil benzini və dizel yanacağına 2 768,7 milyon manat xərcləyib ki, bu da 2022-ci ilə nisbətən 7.9% çoxdur.

Son xəbərlər
Digər xəbərlər