10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər
Digər xəbərlər