15 C
Baku
Saturday, November 2, 2024

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tabe İnstitut yaradıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində Elmi-Tədqiqat Layihə İnstitutu yaradılıb. Bunu Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

S.Məmmədovun sözlərinə görə, həmin institutun tərkibində tədris kombinatları yaradılıb: “Biz bölgələrdən işə götürülən sürücü və digər işçiləri institutda təşkil olunan kurslara cəlb edirik. Bölgələrdən gələn həmin şəxsləri biz burda yataqxana ilə də təmin edirik. Kursdan sonra həmin işçilər mütəxəssislərimiz tərəfindən yoxlanılır. Əgər onların işi bizi qane etməsə, yenidən kurslara göndəririk. Yəni yoldan anlayışı olmayan insanları işə cəlb etmirik”.

Qurum rəhbəri bildirib ki, Dövlət Agentliyində işə qəbulda əsasən gənclərə üstünlük verilir:

“Agentliyin 14 min işçisi var ki, onlardan 25-30 faizini gənclər təşkil edir”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər