27 C
Baku
Friday, August 22, 2025

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçi sayı keçən il 904 nəfər azalıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA və ya əvvəlki “Azəravtoyol” ASC) işçiləri son bir ildə azalıb.

Banker.az xəbər verir ki, dövlət agentliyinin işçiləri 2025-ci ilin 1 yanvarına 13 719 nəfər olub. Bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 904 nəfər və ya 6.1 faiz azalmadır.

Ötən ilin eyni dövründə işçi sayı 14 623 nəfər idi.

Dövlət Agentliyi son bir ildə işçilərə 99.09 milyon manat əmək haqqı xərci çəkilib. Bundan 27.5 mmilyon manatı işçilərin əməkhaqqı üzrə sosial müdafiə fonduna ödənilib. Öncəki ildə bu xərclər 101.33 milyon manat xərc çəkilmişdi.

Son xəbərlər
Digər xəbərlər