9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan avtomobilləri kəskin bahalaşan 95 və 98 markalı benzinləri 92 ilə əvəzləyir – İdxal kəskin düşüb

Azərbaycan 2022-ci ildə kəskin bahalaşan “premium” və “super” markalı benzinlərin idxal həcmini kəskin azaldıb.

Banker.az xəbər verir ki, 2022-ci ildə 99 491 ton, yaxud orta istilikdə 133 724 litr həcmində 95 markalı “premium” markalı avtomobil benzini idxal edib.  İdxal edilmiş 95 markalı benzinin idxal dəyəri $102.54 mln. təşkil edib. Benzinin idxalı 2021-ci illə müqayisədə miqdar baxımdan 33% azalıb.

Azərbaycan xaricdən 95 markalı benzinin hər tonunu 2021-ci ildə $754 olduğu halda, 2022-ci ildə artaraq $1 031    olub. Yəni öncəki illə müqayisədə  hər tonun $277 baha, yaxud 37% baha olması deməkdir.

Bir qədər yuxarı sinif  “super” markalı və oktanı 98-dən çox olan avtomobil benzinin idxal həcmi isə 38% azalaraq 1 671 ton təşkil edib ki, bu da cəmi $2.05 mln.-luq idxaldır. 98 oktanlı benzinin bir tonu Azərbaycana 2021-ci ildə  $892 olduğu halda, 2022-ci ildə $1 228 təşkil edib. Bu da öncəki ildən 38% bahadır.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin ilk yarısında Aİ-92 markalı avtomobil benzinini də, daxildəki neftayırma zavodunun müvəqqəti təmirə dayanması ilə xaricdən idxal edirdi. 2022-ci ildə ümumilikdə 198 790 ton, yaxud $223.46 mln. həcmində Aİ-92 benzini idxal etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər