5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan azot gübrəsinin ixracını kəskin artırıb, lakin bu il hər tonu $103 daha ucuzdur

Azərbaycan 2024-cü ilin birinci rübündə xaricə azot gübrəsinin ixracını yenidən artırıb.

Banker.az xəbər verir ki, ölkədən xaricə 141.89 min tonluq mneral və ya kimyəvi azot gübrələri ixrac edib.

Bu ixracın dəyəri $26.94 milyon təşkil edib.

2023-cü ilin eyni dövründə bu gübrələrin ixrac həcmi 93.62 min ton və ya $27.39 mln. idi.

Göründüyü kimi ixracın həcmi 51 faiz artsa da, dəyəri 1.6 faiz düşüb.

Buna səbəb qiymətlərdir. Ötən il ixrac edilən azot gübrəsinin bir tonu 293 dollar idi. Bu rəqəm cari ildə təqribən 190 dollardır. Göründüyü kimi ixracda hər tonda 103 dollar cari ildə daha ucuz ixrac edir.

Bu da ölkənin ümumilikdə ixrac gəlirlərinin 14.61 mln. dollar azalmasına səbəb olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda 167 min ton karbamid istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq vaxtını 68 faiz üstələyir.

2024-cü ilin I rübündə mineral və ya kimyəvi azot gübrələrinin ixracı
Ölkə Miqdar, min t Dəyər, mln. $
   Türkiyə          59.09        11.48
   Ukrayna          50.80        10.21
   Albaniya            3.00          0.48
   Gürcüstan            0.50          0.12
CƏMİ        141.89        26.94

 

Son xəbərlər
Digər xəbərlər