İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dubayda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahibkarlıq və KOB üzrə dövlət naziri Ahmed Belhoul Al Falasi ilə görüşüb.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən KOB sektorunun inkişafına önəm verildiyi vurğulanıb, bu sahədə tətbiq olunan dəstək mexanizmləri və görülən işlər diqqətə çatdırılıb.
Məlumata görə, ölkələrimizin biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətdə KOBİA və müvafiq nazirlik arasında birgə tədbirlərin həyata keçirilməsi perspektivləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərin biznes imkanları qeyd olunub. Görüşdə həmçinin, hər iki ölkənin iş adamlarını öz ətrafında birləşdirəcək əməkdaşlıq platformalarının yaradılmasına dair müzakirələr aparılıb.