1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Bağdad və Ərbilə ixrac missiyasını ləğv edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İraqa planlaşdırılan ixrac missiyasını ləğv edib. Bu barədə Fonddan məlumat verilir.

“İraqda vəziyyətin qeyri-stabil olması və bir sıra digər problemlərlə əlaqədar bu ölkəyə planlaşdırılan ixrac missiyası ləğv edilib”, – Fonddan qeyd ediblər.

Ixrac missiyası Bağdad və Ərbilə planlaşdırılırdı və 21-24 aprel 2019-cu il tarixində nəzərdə tutulurdu.

İxrac missiyasına qida, tikinti materiallarının istehsalı, toxuculuq və İT sahələrində faəliyyət göstərən şirklətlərin nümayəndələri daxil olması nəzərdə tutulurdu.

AZPROMO «Made in Azerbaijan» brendinin təşviqi məqsədilə ixrac missiyaları təşkil edir. Bu cür missiyaların illik sayı 25-dən çox olmamalıdır. 

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər