-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bahalaşan Rusiya buğdasının idxal payını bir qədər azaldır

2022-ci il start götürərkən Azərbaycanda əsas hadisə ölkədə əhalinin istehlak səbətində əsas yeri tutan çörəklərin və buğdanın qiymətindəki bahalaşma oldu.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 11 ayında Azərbaycan çörək məhsullarının hazırlanması üçün nəzərdə tutulan 865.55 min ton həcmində yumşaq buğda idxal etdi. Bu da ümumi 241.63 mln. ABŞ dolları dəyərində idxal olmaqla ölkədə ikinci ən böyük valyuta aparan məhsul kimi statistikaya düşdü.

Azərbaycanda 2021-ci ilin ilk 11 ayında yumşaq buğda və meslini
 2021, ilk 11 ay  2020, ilk 11 ay
 Miqdar, t  Dəyər, min dollar  Miqdar, t  Dəyər, min dollar
Cəmi  865,549.35           241,628.40       1,203,773.04              255,714.38
Rusiya Federasiyası  844,419.22           236,130.83       1,196,118.34              253,966.27
Qazaxıstan    21,115.00              5,481.99             7,654.70                 1,748.10

 

Azərbaycan idxal etdiyi buğdanın 97.6%-ni (2020: 99.4%) Rusiya Federasiyasından edib. RF-dən 2021-ci ilin yanvar-noyabr ayları ərzində 844.42 min ton yumşaq buğda idxal edib. Ümumi idxal dəyəri isə $236.13 mln. olmuşdur. Qalan 2.4%-i (0.6%) isə Qazaxıstandan olub ki, bu da 21.12 min tonu, yaxud $5.48 mln. dollarlıq məhsul alıb.

BUĞDA BAHALAŞIB

Azərbaycanın ümumi olaraq idxal etdiyi buğdanın qiymətində 2021-ci il üzrə orta ölçüdə 31.4% artım olub. Məsələn, 2020-ci ildə buğdanın hər tonuna Azərbaycan $212.43 xərclədiyi halda, 2021-ci ildə $279.16 xərclənib.

Hər tonun qiyməti, USD
2021 2020  İllik müqayisə
Cəmi        279.16                 212.43 31.4%
Rusiya Federasiyası        279.64                 212.33 31.7%
Qazaxıstan        259.63                 228.37 13.7%

 

Son xəbərlər
Digər xəbərlər