Azərbaycan bank sektorunun məcmu aktivləri 2015-ci ilin dekabr ayında 6 360,1 mln. manat və ya 22,35% artaraq 2016-cı il yanvarın 1-nə 34 906 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, keçən ilin əvvəlinə nisbətən aktivlərin həcmi 9 723,5 mln. manat və ya 38,61% artıb.
Xəbər agentliyinin analitik qrupu dekabr ayında bank sektorunun aktivlərində baş verən kəskin artımı dekabrın 21-də həyata keçirilən milli valyutanın 48%-lik devalvasiyası ilə əsaslandırıb. Xarici valyutada olan kredit və əmanətlərin manat ekvivalentində artmasına səbəb olub.
Report