Azərbaycan bank sektorunun müştəri bazası bu il iyunun 1-nə 6 021 291 nəfər təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.
Məlumata görə, bu, aylıq müqayisədə 7 253 nəfər və yaxud 0,1% azalıb, ilin əvvəlinə nisbətən 249 251 nəfər və yaxud 4,3%, illik müqayisədə isə 279 283 nəfər və yaxud 4,9% çoxdur. Hesabat tarixinə bank müştərilərinin 5 927 086 nəfəri və yaxud 98,4%-i fiziki şəxslərin payına düşüb.