-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bank sektorunun xarici öhdəlikləri 6% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il noyabrın 1-nə 2 550,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 156,2 mln. manat və ya 5,77%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2,44 dəfə azdır.

“Report”un analitik qrupu bildirir ki, kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin hökumətə ötürülməsi səbəbindən baş verib. Nəticədə, dollar ekvivalentində xarici öhdəliklər noyabrın 1-nə 1 500 mln. dollar təşkil edib. Bu göstərici oktyabrın 1-nə 1 592 mln. dollar, sentyabrın 1-nə 3 779,1 mln. dollar olub. Yəni, dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 92 mln. dollar azalma göstərib.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvarında qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər