Ötən ili 12 mln. manat zərərlə bitirən ”Rabitəbank” ASC Müşahidə Şurasının 8 iyun 2017-cı il tarixli qərarına əsasən, 2017-ci il iyulun 14-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankın yaydığı məlumata istinadən xəbərə görə, növbədənkənar iclasın keçirilməsi Bakı şəhəri, 28 May küçəsi, 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında saat 17:00-a təyin edilib.
Yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə emissiyasının həyata keçirilməsi, bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi və dəyişiklik layihəsinin təsdiq olunması, dəyişikliyin dövlət qeydiyyatına alınmasının həvalə
edilməsi və cari məsələlər daxildir.
Xatırladaq ki, 2016-ci ilin hesabatına əsasən “Rabitəbank”ın kapitalı son bir il ərzində azalaraq 61 mln. manatdan 45 mln. manata düşmüşdür.