15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan bankı filiallarının adında dəyişiklik etdi

Turanbank filiallarının adında dəyişiklik etdi.

Banker.az xəbər verir ki, Həftənin 7 günü 24 saat Nizami 53 ünvanında fəaliyyət göstərən “Yasamal” filialı “Mərkəz” filialı oldu. Bu filial Mərkəzi Univermağın yaxınlığında yerləşir və fasiləsiz xidmət göstərməkdədir.

“Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Nur” filialının adı dəyişdirilərək “Neftçilər” filialı, “28 May” metrostansiyası yaxınlığında yerləşən “Bakı” filialının adı “28 May” filialı, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Sahil” filialının adı “Gənclik” filialı, “Yasamal” parkı yaxınlığında yerləşən “Nəsimi” filialının adı “Yasamal” filialı oldu. 

Qeyd edək ki, bankın ölkə üzrə 16 satış strukturu var. Filiallar haqqında ətraflı məlumatı bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər