“Kapital Bank” Rusiyada tətbiq edilən telefonla ani pul köçürmələri sisteminə qoşulub.
Bu barədə həmin sistemi tətbiq edən Rusiyanın ən iri bankı “Sberbank”ın açıqlamasında bildirilir.
“Xarici şirkətlərlə əməkdaşlığı daha da inkişaf etdirərək köçürmələr ekosistemimizdə Azərbaycandan olan ilk tərəfdaşımızı görməyə şadıq. Mobil telefon nömrəsinə ani pul köçürmələrində yeni-yeni istiqamətlər açmaqla biz müştərilərimizə dünyanı daha yaxın, maliyyə xidmətlərini daha asan, əlçatan, anlaşıqlı edirik”, – bankın division idarəçi direktoru Oksana Sinelnikin sözlərindən iqtibas gətirilir.
Hazırda Azərbaycan banklarının müştərilərinə məxsus kartlara mobil telefon vasitəsilə “Sberbank”dakı hesablardan pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği 50.000 rubl (80 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1 faizlik komisya haqqı alınır, Azərbaycan bankının kartına yatırıldıqda həmin məbləğ rubldan manata çevrilir.
Qeyd edƏk ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmələri sistemi “Sberbank” tərəfindən bu ilin əvvəllərində tətbiq olunub. Hazırda bu sistemdə 18 bank iştirak edir.