14 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan bankının əmlak şirkətinə yenidən əlavə maya qoyulur

ASC “Xalq” bankının əmlakın idarə edilməsi şirkəti olan “Xalq Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdıqdan sonra yenidən əvvəlkinə qaytarır.

Banker.az xəbər verir ki, “Xalq Əmlak” Məhdud Məsuliyyətli Cəmmiyyəti nizamnamə kapitalının artırılaraq 40 000 000 manat məbləğində müəyyən olunduğunu elan edir.

Qeyd edək ki, şirkət nizamnamə kapitalı 17.400.000 manat məbləğində azaldılaraq 22.600.000 manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul etmişdir.

Xatırladaq ki, “Xalq Əmlak” MMC 2021-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Süleyman Bağırov Mirtağı oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər