“GünayBank”ın rəhbərliyinin tərkibində dəyişiklik baş verib. Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, dəyişiklik çərçivəsində Azad Məmmədov bankın İdarə heyətinin sədr müavini vəzifəsini tərk edib.
Hazırda İdarə Heyətinin tərkibinə 5 nəfər daxildir: İdarə heyətinin sədri Emin Ağayev, onun müavinləri Fəridə Ağayeva, Elşən Süleymanov və Azad İbadov, eləcə də Kredit iqtisad departamentinin direktoru Sabir Ağayev.