Kamil Rüstəmli “Caspian Development Bank”ın İdarə Heyətinin tərkibindən çıxıb.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, bununla da hazırda bankın İdarə Heyətinin tərkibinə iki nəfər daxildir: sədr Nadir Süleyman Yıldırım, İdarə Heyətinin üzvü Zaur Əhmədov.
İbrahim Alışovun başçılıq etdiyi Müşahidə Şurası dəyişməz olaraq qalıb. Ondan başqa, Şuraya Fərid Hüseynov və Tural Quliyev daxildir.