21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan bankının Türkiyədəki törəməsi 51% böyüdü

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın cəmi aktivləri bu il yanvarın 1-nə 1 349,565 milyon lirə (431,861 milyon manat) təşkil edib.

Bankın maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 50,5% çoxdur.

“PAŞA Yatırım Banka”ının aktivlərinin 840,278 milyon lirəsini (268,889 milyon manat) müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə Bankın kredit portfeli 23,7% böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Banka”sının cəmi öhdəlikləri 32,6% artaraq 843,908 milyon lirəyə (270,051 milyon manat), cəmi kapitalı isə 94% artaraq 505,657 milyon lirəyə (193,81 milyon manat), o cümlədən nizamnamə kapitalı 96,1% artaraq 500 milyon lirəyə (160 milyon manat) çatıb.

2018-ci ildə “PAŞA Yatırım Banka”sının faiz gəlirləri 124,37 milyon lirə (39,798 milyon manat), faiz xərcləri 44,872 milyon lirə (14,359 milyon manat), haqq və komissiya gəlirləri 3,168 milyon lirə (1,014 milyon manat), inzibati xərcləri 13,736 milyon lirə (4,396 milyon manat), qiymətli kağızların alqı-satqısından zərəri 1,009 milyon lirə (323 min manat), digər gəlirləri 855 min lirə (274 min manat), digər xərcləri 55,359 milyon lirə (17,715 milyon manat), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 17,713 milyon lirə (5,668 milyon manat), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 733 min lirə (235 min manat) təşkil edib. Son nəticədə Bank ötən ili 3,563 milyon manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu əvvəlki ildən 16,008 milyon lirə (5,123 milyon manat) mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holding”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Bankın səhmlərinin 49%-i “PAŞA Holdinq” MMC-yə, 50,96%-ə “PAŞA Bank”a, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur. Başqsa sözlə, Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər