16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilmişdir.

İclas zamanı qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilmiş, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd olunmuşdur. 

Bank icması Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşı tərəfindən 5 ədəd ağac tinginin verilməsinə dair yekdilliklə qərar qəbul etmişdir.

Azərbaycan bank icması hər zaman bütün Azərbaycan xalqı və dövləti kimi qardaş Türk xalqının və Türkiyə Cümhuriyyətinin yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir. 

Dağıdıcı yanğınlar nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik! 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər