Dekabrın sonunda 2015 Brücke GmbH şirkəti Azərbaycanda aparıcı banklarının nümayəndələri üçün Frankfurt təhsil-iş turu təşkil edilmişdir. Bu turda ən uğurlu işlərdən biri Əli Enginin “ Yeni biznes nəsil. Böhran dövründə necə qalib olmaq olar” adlı tədbir idi.
Hazırki dövrdə aktuallığı nəzərə alaraq, Brücke GmbH şirkəti eyniadlı tədbiri təkmilləşdirməklə Ukraynanın Odessa şəhərində yenidən təqdim etmək niyyətindədir.
Aşağıda biz cənab Əli Enginin müsahibəsini təqdim etmək istərdik.İlk öncə onu qeyd edək ki, Əli Engin orator, sertifikatlaşdırılmış biznes təlimçi , 5 ildən artıq bir müddətdə Türkiyənin və Azərbaycanın aparıcı şirkətlərinin top menecmentin təlimləndirilməsi üzrə təcrübəyə malik, həmçinin NATO-nun Türkiyə bölümündə xüsusi təyinatlılar qrupunda 25 il iş təcrübəsinə malik bir şəxsdir.
-Siz Frankfurtda “ Yeni biznes nəsil. Böhran dövründə necə qalib olmaq olar” adlı təlimlə çıxış etmişdiniz. Sizin fikrinizcə, qabaqcıllar nəsili necə olmalıdır?
– Yeni nəsil baş verən biznes proseslərə yeni yanaşmalar , yeni kəşflər ortaya qoyacaq şəxslər olmalıdır. Düşüncədə rahatlıq, gələcəyin müstəqil vizualizasiyası və yaradıcılıq bu biznes proseslərin hər bir mərhələsində özünü göstərməlidir.
Əfsuslar olsunki, kənarlaşmalar , bəzən çox insanın biznes modellərin yeni dünyasını kəşf etməkdə mane olur. Əvvəlki uğurlar insanları bəzən bu rahatlıq zonasından çıxmağa, köhnə qayda və adətlərdən kənar durmağa imkan vermir.
Digər tərəfdən, çevik və qabaqcıl düşüncəli iş adamları düşdükləri situasiyadan asılı olaraq öz sahələrinə aid yeni baxışlar tapa bilərlər . Yeni nəsil gec-tez açıq fikirli iş nəhəngləri və elm adamları tərəfindən qəbul ediləcəklər.
– Sizin təliminizin böyük bir hissəsi iqtisadi böhrana və böhran dövründə mübariziyə həsr olunur. Sizin şəxsi fikrinizcə, böhran nədir? Və belə bir çətin dönəmdə uğuru necə qazanırsınız?
Böhran dumanlıqdan çıxan gözlənilməz cəngavərlərə bənzəyir. Biz dumanlıqda qarşımızda heçnə görmürük və irəliləməkdə özümüzdə güc tapa bilmirik və nəticədə heç bir irəliləyiş əldə etməmiş oluruq. Qeyd etdiyimiz cəngavərlər kimi böhranda gözlənilməz an və gözlənilməz yerdən gəlir.
Buna baxmayaraq, təşkilatımızın düşdüyü situasiyanı dərindən başa düşmək bizə daha güclü olmağı və böhran dövründə yeni biznes modellər təklif etməyə köməklik edir. Bu məsələdə ayıq-sayıq olmaq çox önəmlidir. Bele olduqda, yeni imkanlar əldə etmək üçün və xarici güclərə uyğunlaşmaq üçün situasiyalar yaranacaqdır.
– Sizin fikrinizcə, Azərbaycan şirkətlərində top menecment üçün vacib olan mövzu hansıdır?
-Mən bu mövzuları əsasən 4 hissəyə bölərdim:
- Strateji idarəetmə və planlaşdırma
- Liderliyin inkişafı
- İndividual model inkişafı
- Komandanın yaradılması və komanda resurslarının idarə edilməsi
Qəti şəkildə bildirirəmki, bu sahələrin inkişafı top menecmentin geniş təfəkkürünün inkişafına , o isə öz növbəsində onlara yeni layihələrin başlaması və hazırda olan bizneslərinin inkişafına olduqca kömək olacaqdı.
– Yuxarıda qeyd olunan ilə əlaqədar olaraq, siz onlarla hansı yeni təcrübə ilə bölüşə bilərsiniz?
Yeni biznes dönəmindən yanaşsaq, liderlər daima ətrafda baş verənlər barədə ayıq-sayıq olmalıdırlarki, gündəlik verdikləri qərarlarda dəqiqlik faktorunu itirməsinlər. Bu onlardan həmişə çeviklik, komandanın resurslarından düzgün idarəetmə sürəti, həmçinində idarəetmə bacarıqları tələb edir.
-Böhran şəraitində, şirkətlər adətən bütün sahələrdən xərcləri kəsirlər. Sizin fikrinizcə, şirkətlər şəraitdən asılı olmayaraq hansı sahələrə daima maliyyə yatırımı etməlidirlər?
Biznesin əsas işi daha çox 3 bölmədə qruplaşmalıdır. Bunlar müştəri münasibətlərinin idarəedilməsi, məhsul innovasiyası və araşdırma, idarəetmə infrastrukturudur. Bu 3 əsas istiqamətdən başqa, hər bir təşkilat işçilərin və liderlərin şəxsi inkişafını yeni biznes modellərə uyğunlaşdırmanı daima həyata keçirməlidirlər.
ALİ ENGİN (Founder – Trainer – Professional Executive Coach ACC/ATC – Executive Management Consultant).
Əli Engin 1963-cü ildə Türkiyənin İzmir şəhərində andan olub. O 1984-cü il hərbi akademyanı leytenant rütbəsində bitirməklə yanaşı Elektrik və Elektronika sahəsində sertifkatlara qazanmışdır. Engin NATO-nun Komando və Xüsusi Hərbi bölmələrində 25 il qulluq etmiş və 5 il NATO-nun beynəlxalq misyasında iştirak etmişdir.
O, 1986-cı ildə hərbi zabit kimi təltif olunur və daimi olaraq həm Türkiyədə həmdə xarici ölkələrdə liderlik təlimlərində iştirak etmişdir. Engin 1997-1999-cu illərdə heyətin maarifləndirməsi məktəbinə daxil olur və 1999-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O akademik təhsilini 2000-2002-ci illər ərzində davam etdirərək Strateji Hərbi Kollecin və NATO müdafiyə kollecində inkişaf etmişdir.
2003-cü il İraq müharibəsində hərbi məsləhətçi və başçı vəzifələrə təyin olunmuş müxtəlif yüksək rütbələrdə çalışmışdır. Bu zaman ərzində o komandaları idarə etmə və eləcədə komandaların inteqrasyası kimi bacarığları mənimsə imkanı əldə edir. Buradan vəzifəsin komandir müavini kimi bitirdikdən sonra Türkiyədə 2007-2009-cu illərdə Kosovada əməliyyatlar üçün hərbi müşavir təyin olunur. O 2011-ci ildə akademik işlərini Milli Təhlükəsizlik Akademyasında tamamlayaraq təqaüdə çıxmışdır
Təqaüdə çıxdıqdan sonra öz karyerasını təhsil və təlimə qoşulmaqla davam etirmişdir. Engin 4 il Private Training & Management Development Company-da təlim mütəxəssisi və eləcədə EMC (executive management consultant) kimi çalışmışdır. O xüsusi təlim metodları gətirərək; menecemntdə dəyişiklik, liderliyin inkişaf etdirilməsi, komanda yaratma, institusional və individual səviyyələrdə danışma bacarığı və s kimi yeniliklər gətirmişdir.
Engin 2005-ci ildə özünün PATHFINDER Training & Coaching Trade Inc. adlı məktəbini yaratmışdır. O tədris sahəsində yeni yanaşma ilə tədrisdə inteqrasya, treninq və canlı ekspermentləri hər üçünü birlikdə tətbiq etmişdir. Bu günə kimi təlimçi bacarıqlarını individual və performans təlimlərində tətbiq etməkdədir.
Hal hazırda NATO-nun Türkiyədəki Beynəlxalq Təlim Fedarasyasınln üzvüdür.
Treninq haqqında ətraflı məlumat və eləcədə keçiriləcək tarix üçün təşkilatçı kompanya Brücke GmbH-nin rəsmi saytından öyrənə bilərsiz:
ENG-http://aliengin2016.bruecke-gmbh.de/webstats/aliengin2016/en/
RUS- http://aliengin2016.bruecke-gmbh.de/webstats/aliengin2016/home/
Facebook- https://www.facebook.com/Br%C3%BCcke-GmbH-834653543317611/?fref=ts