9 C
Baku
Friday, December 27, 2024

“Azərbaycan Banklar Assosiasiyası”nın nəzdində yeni ekspert qrupları yaradılıb

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin tərkibində iki yeni ekspert qrupu yaradılıb.

Bu barədə qurumun məlumatında bildirilir.

Məlumata görə, bu, barədə qərar Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında qəbul edilib. Belə ki, “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit həyat sığortası” işçi qruplarının birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınıb.

ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların marağını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər