6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bankları 2022-ci ildə 1.4 mlrd. manatlıq xalis mənfəət əldə edib – BANK İCMALI

Azərbaycanda fəaliyyətdə olan 25 bankın cəmi aktivləri 47 mlrd. 054.9 mln. manat, cəmi öhdəlikləri 41 mlrd. 432.8 mln. manat, balans kapitalı 5 m ilyard 622.1 mln. manat olub.

Bu barədə Banker.az Mərkəzi Bankın icmal göstəricilərinə istinad edir.

2022-ci ilin dekabr ayında bankların cəmi aktivləri 3.4%, cəmi öhdəlikləri 3.7% və balans kapitalı isə 1.9% artıb.

2022-ci ildə isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 22.3%, 23.7% və 13.1% olmuşdur.

Dekabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmayıb.

Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.4% (10 mlrd. 855.1 mln. manat) təşkil etmişdir.

Ümumilikdə, 2022-ci ildə bankların kredit portfeli 17.6% və ya 2,935.2 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ilin əvvəlinə nəzərən 1.3 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 33 mlrd. 762.6 mln. manat). Depozit portfeli dekabr ayında 2.7% (901.7 mln. manat) artmışdır. Depozit portfelinin 66%-ni hüquqi şəxslərin depozitləri, 34%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.3% (143.1 mln. manat) artaraq 11 mlrd. 483 mln. manat təşkil edib. Əmanət portfelinin 54%-i (6 mlrd. 204.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 19 mlrd. 701.8 mln. manat olmaqla (ay ərzində artım 3.4% və ya 650.8 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (22 mlrd. 279.6 mln. manat) 88.4%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabr ayında ilin əvvəlinə nəzərən 1.8 faiz bəndi azalaraq 39.2% təşkil etmişdir.

2022-ci ildə banklar 914.5 mln. manat xalis mənfəət, 1 mlrd. 371.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 50% və 45% artmışdır. Banklar tərəfindən ümumilikdə 2022-ci il ərzində 261.5 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Son xəbərlər
Digər xəbərlər