2023-cü ilin 11 ayında banklar 997.4 mln. manat xalis mənfəət, 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.