Azərbaycanda fəaliyyətdə olan 22 kommersiya bankı 2024-cü il üzrə mənfəət və zərər hesabatını açıqladı və hamısı xalis mənfəət əldə ediblər.
Banker.az xəbər verir ki, ümumi nəticələri bir yerdə hesabladıqda sektorun 1 milyard 73 milyon manata yaxın xalis mənfəət etdiyi məlum olub. Keçən il sektor 1 milyard 76.4 milyon manat xalis mənfəət əldə etmişdi.
Sistem əhəmiyyətli banklar ümumilikdə 807.1 milyon manat xalis mənfəət əldə edib ki, bu da ümumi sektorda 75 faiz paya sahib olmaq deməkdir.