Azərbaycanda 2021-ci ilin sentyabr ayında bank işçilərinin sayı 19 488 nəfər olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2021-ci ilin avqust ayında isə bank sektorunda çalışan işçilərin sayı 19 344 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə bu ilin sentyabr ayında 144 nəfərin artması deməkdir.
2020-ci ilin sentyabrında isə bank işçilərinin sayı 18 555 nəfər olub. İllik müqayisədə bu il bank işçilərinin sayı 933 nəfər artıb.