10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bankları bir ayda 19 yeni bankomat quraşdırıb

2020-ci ilin fevral ayı ilə müqayisədə mart ayında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 1 037 ədəd artaraq 71 min 127 ədəd çatıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, POS-terminalların sayı illik müqayisədə 4 726 ədəd çoxdur. 2019-u ilin martında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 66 min 401ədəd təşkil edirdi.

Bununla yanaşı, Bakıda 43 363 ədəd (artım 1,5%), regionlarda 27 764 ədəd (artım 1,4%) pos-terminal mövcuddur. Pərakəndə ticarət obyektlərində isə 69 636 ədəd pos-terminal  quraşdırılıb.

2020-ci ilin mart ayında Azərbaycanda banklar tərəfindən 2 677 bankomat quraşdırılıb ki, bu da 2019- cu ilin müvafiq dövrünə nisbətən 5,6% çoxdur.

Cari ilin fevralında isə cəmi bankomatların sayı 2 658 olub. Belə ki, aylıq müqayisədə 19 bankomat quraşdırılıb.

Bakıda mart ayında bankomatların sayı 1 448, regionlarda isə 1 229 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 7,3%, regionlarda olan bankomatların sayı isə 4% artıb.

Son xəbərlər
Digər xəbərlər