Azərbaycan bankları 2023-cü ilin ilk səkkiz ayında 2 milyard 279.5 milyon manat faiz gəlirinə qarşı 724.2 milyon manat xalis mənfəət əldə ediblər.
Banker.az
Bildirilir ki, banklar hesabat dövründə 1 milyard 64 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artıb.
2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödəyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51.7 mln. manat daha çoxdur.