2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bankları ilk rübdə 1.35 mlrd. manat cəmi gəlir əldə edib

Azərbaycanda 2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 mln. manat xalis mənfəət, 444.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edilib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 mln. manat məbləğində mənfəət vergisi ödənib, halbu ki, bu öncəki ildə 2023-cü ilin müvafiq dövründə 68.4 mln. manat idi.

Banklar ümumilikdə, 1 mlrd. 354.5 mln. manat cəmi gəlir əldə ediblər.

Banklar ilk rübdə 962.6 mln. manat faiz gəliri (illik müqayisədə: +16 faiz), 259.7 mln. manat faiz xərci (+30 faiz), 391.9 mln. manatlıq qeyri-faiz gəliri (+42 faiz) və 632.3 mln. manatlıq qeyri-faiz xərcləri (+28 faiz) çəkiblər.

12345678765432213456t34534534

Son xəbərlər
Digər xəbərlər