Azərbaycan bankları ipoteka kreditləşməsi üçün yeni limitləri aktivləşdirib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

Limitlər saat 11:00-dan aktivdir.

Xatırladaq ki, bu il İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230.7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların satı 39.7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər