Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu barədə Azərbaycan İpoteka Fondu (AİF) məlumat verib.
Bu addım “2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir.
AİF-in məlumatına əsasən, Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, “Unibank” isə 200 manatadək artırıb.
Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, “Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb.
Bankın adı | Yaşayış minimumu (ailənin hər bir üzvünə düşən məbləğ 136 manatdan az olmamalıdır) | Adi ipoteka üzrə ilkin ödəniş (%) | Güzəştli ipoteka üzrə ilkin ödəniş (%) |
Bank Respublika | 180 | 50 | 50 |
PAŞA Bank | 180 | 40 | 20 |
Muğanbank | 140 | 40 | 40 |
Expressbank | 150 | 40 | 40 |
Bank Standard | 175 | 40 | 30 |
Azərbaycan Beynəlxalq Bankı | 175 | 40 | 30 |
AtaBank | 140 | 40 | 40 |
Bank of Baku | 180 | 30 | 15 |
Azər Türk Bank | 150 | 30 | 25 |
Yapı Kredi Bank | 136 | 30 | 30 |
XalqBank | 136 | 30 | 30 |
Unibank | 200 | 30 | 30 |
TuranBank | 136 | 30 | 30 |
Nikoyl Bank | 136 | 30 | 15 |
Amrah Bank | 140 | 30 | 15 |
AGBank | 136 | 30 | 30 |
Rabitəbank | 136 | 20 | 15 |
Caspian Development Bank | 136 | 20 | 15 |
Bank Silk Way | 140 | 20 | 15 |
Bank BTB | 136 | 20 | 15 |
Zaminbank | 136 | 20 | 15 |
KredoBank | 136 | 20 | 15 |
Kapital Bank | 136 | 20 | 15 |
Dəmirbank | 136 | 20 | 15 |
Bank VTB Azərbaycan | 136 | 20 | 15 |
Bank Avrasiya | 136 | 20 | 15 |
AFB Bank | 136 | 20 | 15 |
Trend