2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bankları karantin rejimində bu qazanca meyillənirlər

Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracında banklardan cəlb etmək üçün hədəflədiyi məbləği 25% artırır.

Banker.az-a AMB-dən daxil olan məlumata görə,

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə 13 aprel 2020-ci il tarixdə, 11:00-11:15 keçirləcək depozit hərracında 250 mln. manat cəlb etmək istəyir.

Görünür Mərkəzi Bank öncəki depozit hərracda bankların qısa müddətdə – 2 həftəyə depozit qoyma marağın artdığını nəzərə alaraq məbləği bu qədər artırmalı olub. Məsələn, sonuncu hərracda requlyator banklardan 200 mln. manat cəlb etmək istədiyi halda, 258 mln. manatlıq tələbat yaranmışdı.

Ölkədə kreditləşmənin karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq dayandırılması bankların bu növ aktivlərlə “pul qoyub, pul götürməyə” bir qədər də həvəsləndirib.

Hazırda MB bu depozitlərin cəlbini 6,76% – 7,24% aralığında edəcəyi gözlənilir.

4 gün öncə yekunlaşan depozit hərracında orta faiz dərəcəsi 6,76% ilə tamamlanmışdı, halbuki, martın son günündə bitən depozit hərracında orta faiz dərəcəsi 6,96% olmuşdu.

Son xəbərlər
Digər xəbərlər